Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri, Rusiya Prezidentinin investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Vitkoff və ABŞ liderinin kürəkəni Cared Kuşner ilə görüşüb.
Vətəninfo.az xəbər verir ki, bu barədə CNN sentyabrın 23-də mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edib ki, “tərəflər Rusiya və ABŞ arasında əməkdaşlığı, eləcə də Ukraynadakı münaqişənin sülh yolu ilə həllini müzakirə ediblər”.
Kanalın məlumatına görə, Dmitriyev Nyu-Yorka sülh yolu ilə həll və Rusiya-Amerika dialoqu üçün davam edən səylərin bir hissəsi olaraq gəlib.


























