image-1100109backend

Co Bayden Naqasakiyə gedən ilk ABŞ prezidenti ola bilər

image-reklam_sirab_01

Yaponiya və ABŞ hökumətləri ABŞ prezidenti Co Baydenin Naqasaki şəhərinə səfərinin təşkili imkanlarını müzakirə edirlər. Bu, 2023-cü ildə, Ağ Ev rəhbərinin Xirosimada G7 sammitinə səfəri zamanı baş verə bilər. Bu barədə  Vətəninfo.az  Kyodo agentliyinə istinadən xəbər verir.

Bu baş verərsə, Bayden 1945-ci ildə ABŞ tərəfindən bombardman edilən Naqasakiyə səfər edən ilk ABŞ rəhbəri vəzifəsini icra edən olacaq. Baydenin Naqasakiyə mümkün səfəri zamanı onu Yaponiyanın baş naziri Fumio Kişida müşayiət edəcək.

Hazırda tərəflər bu səfərlə bağlı danışıqlar aparırlar. son qərar yerli hakimiyyət orqanlarının yüksək rütbəli ABŞ nümayəndə heyətini qəbul etməyə hazır olub-olmaması müəyyən edildikdən sonra veriləcək. Bundan əlavə, yerli əhalinin də rəyi nəzərə alınacaq.

G7 sammiti gələn il mayın 19-21-də Xirosimada keçiriləcək.

2016-cı ildə Yaponiyada G7 sammiti keçirilən zaman Barak Obama Xirosimaya tarixi səfər edən ilk ABŞ prezidenti oldu. Orada nüvə hücumundan sağ çıxanların nümayəndələri ilə görüşüb, Sülh Muzeyinə baş çəkib.

Xirosima və Naqasakinin atom bombaları İkinci Dünya Müharibəsinin son günlərində ABŞ ordusu tərəfindən həyata keçirilib. Onların rəsmi məqsədi Yaponiya imperiyasının kapitulyasiyasını sürətləndirmək idi. Bu hücumlar bəşər tarixində nüvə silahından döyüş istifadəsinin yeganə nümunəsi oldu.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki