image-reklam-veteninfo
image-1backend

Cyprus Mail: İranla müharibə Türkiyəni nüvə silahı məsələsinə yenidən baxmağa sövq edə bilər

image-reklam-veteninfo

“Cyprus Mail” nəşri İranla mümkün genişmiqyaslı müharibənin Türkiyədə nüvə silahına sahib olmaq məsələsi ilə bağlı müzakirələri yenidən gündəmə gətirə biləcəyini yazıb.

Vətəninfo.az xəbər verir ki, nəşrin məlumatına görə, Ankarada nüvə imkanlarının əldə edilməsinin ABŞ və İsraili İrana qarşı hərbi əməliyyatlardan çəkindirə biləcəyi məsələsi müzakirə oluna bilər.

Məqalədə qeyd olunur ki, Türkiyənin nüvə siyasəti ilə bağlı müzakirələr yeni deyil. “Cyprus Mail” Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2019-cu ildə verdiyi açıqlamanı da xatırladıb.

Ərdoğan həmin vaxt bəzi ölkələrin nüvə silahına malik olduğu halda Türkiyənin belə silahlara sahib olmasının məhdudlaşdırılmasını ədalətsiz yanaşma kimi qiymətləndirmişdi.

Nəşr hesab edir ki, İran ətrafında hərbi qarşıdurmanın genişlənməsi və regionda təhlükəsizlik vəziyyətinin dəyişməsi Türkiyədə nüvə çəkindirməsi ilə bağlı müzakirələrə yeni impuls verə bilər.

Bununla belə, məqalədə Türkiyənin nüvə silahı əldə etmək barədə konkret qərar verdiyi və ya belə bir proqram başlatdığı bildirilməyib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki