image-63ea1cfa12688backend

Danimarka “CAESAR” adlı bütün haubitsalarını Ukraynaya verib

image-reklam_sirab_01

Danimarka fevralın 24-dən Rusiya ilə döyüşən Ukraynaya bütün “CAESAR” haubitsalarını çatdırıb.

Vətəninfo.az xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin tviter hesabından edilən paylaşımda ölkəyə verilən hərbi dəstək barədə məlumat verilib.

Açıqlamada “Danimarka “CAESAR” adlı bütün haubitsalarını Ukraynaya verib. Mübarizəmizin Avropa mübarizəsi olduğunu bilən əsl dost Danimarka” ifadəsindən istifadə edilib.

Ukraynaya gətirilən haubitsaların sayı barədə məlumat paylaşılmayıb.

Qeyd edək ki, Danimarkanın müdafiə naziri Jakob Ellemann-Jensen yanvar ayında Ukraynaya 19 Fransız mənşəli “CAESAR” haubitsa tədarük edəcəklərini açıqlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki