image-1backend

Danimarka “Quran”ı yandırmağı  qadağan etdi

image-reklam_sirab_01

Danimarka parlamenti Quran və digər dini mətnlərin yandırılmasını qadağan edən qanun qəbul edib. Bu barədə Vətəninfo.az  “Lenta.ru” ya istinadən xəbər verir .

Qanunun qəbulunun lehinə 94 danimarkalı deputat, əleyhinə 77 deputat səs verib. Yeni qanunun pozulmasına görə cərimə və ya iki ilədək həbs cəzası nəzərdə tutulur.

“Tarix yaxşı səbəblə buna görə bizi sərt şəkildə mühakimə edəcək. Hər şey söz azadlığının məhdudlaşdırılmasının bizim tərəfimizdən həll olunmasından, yoxsa kənardan diktə olunmasından asılıdır”, – deyə qanuna qarşı çıxan Danimarka Demokratik Partiyasının lideri İnqer Stoiberq cavab verib.

Danimarkanın koalisiya hökuməti yeni qaydaların söz azadlığına cüzi təsir göstərəcəyini və əks halda dini tənqid etməyin qanuni olaraq qaldığını bildirib. Müvafiq qərar İsveç və Danimarkada bir sıra Quran yandırma hadisələrinə cavab olub. 2023-cü ilin yayında İraqın Kopenhagendəki səfirliyi qarşısında etirazçılar Quranı yandırmaq üçün aksiya keçirdilər. Danimarka Xarici İşlər Nazirliyi hadisəni pisləyib və bunun vətəndaşların etiraz etmək hüququnu dəstəklədiyini, lakin bunun dinc xarakter daşımalı olduğunu vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki