image-28888backend

“Davam”ın İdarə Heyətinin üzvü Rasul Çunayev şəhid ailələlərini ziyarət edib

image-reklam_sirab_01
15 oktyabr tarixində “Davam” Gənclər Hərəkatının İdarə Heyətinin üzvü Rasul Çunayev 44 günlük Vətən müharibəsi zamanı canlarını qurban verən şəhidlərimiz – Ömər Qurdayev, Məhəmməd Murtuzov, Harun Alqayev, Heybullah Əsdiyev, Nəcməddin Sarkayevin ailələrini ziyarət edib. O, şəhidlərimizə Allahdan rəhmət diləyib, ailə üzvlərinə “Davam” Gənclər Hərəkatı adından başsağlığı verib və ehtiyacları ilə maraqlanıb.
Sonra isə Rasul Çunayev şəhidlərimizin məzarını ziyarət edərək əziz xatirələrini ehtiramla yad edib.
Zəfər savaşında canını qurban verən hər bir qəhrəmanımızın ailə üzvlərinə diqqət və qayğının göstərilməsi dövlət siyasətinin əsas tərkib hissəsidir. Öz növbəsində “Davam” Gənclər Hərəkatı da fəaliyyətində vətənpərvərliyin təbliğ edilməsinə xüsusi yer verir, mütəmadi şəkildə şəhid və qazi ailələri ilə görüşlər təşkil edərək onları daim diqqətdə saxlayır.image-28 image-288 image-2888 image-28888 image-28888888 image-2888888888 image-28888888888

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki