image-babayanbackend

Davit Babayanı nə qorxutdu ki, Ermənistan rəsmilərinə mesaj göndərdi?

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, ötən gün  Xankəndində yolun təxminən 3 saat bağlı qalması və Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” QSC əməkdaşlarının Rusiya sülhməramlı qüvvələri ilə orada danışıqlar aparması Rus sülhməramlı qüvvələrinin nəzarəti altındakı  Xənkəndindəki separatçılardan Davit Babayanı ciddi şəkildə qorxudub. Onun Facebook sosial şəbəkədəki hesabında paylaşdığı açıqlamasındakı dolayı yolla müəyyən etirafları da bunu deməyə əsas verir.

Düzdür Babayan bəyan edir ki, (Təbii ki, bu formada danışması da bir separatçının danışdığı dildi.)  güya hansısa status məsələsi problemin həlli üçün əsas məsələ olmaqla yanaşı,həm də ən mürəggəb məsələdir.

Azərbaycan Respublikasının prezidenti, Ali Baş komandan İlham Əliyevin “Status yoxdu,təmas xətti yoxdu,status cəhənnəmə getdi” məlum açıqlamasından sonra separatçı Babayanın baş verən hadisələrdən dəs çıxarmadığı açikardır. Amma görünən budur ki, rəsmi Bakının son xəbərdarlığı nöqtəsinə çatıb. Babayan açıqlamasında bəyan edir ki, qısamüddətli, ortamüddətli perspektivdə hansısa statusu  həll etmək 100 faiz mümkün deyil. Ona görə də yeganə variant Ermənistanla Azərbaycan arasında münasibətləri yaxşılaşdırmaq, hansısa yolla nizama salmaq, regionda sabitlik və sülh əldə etməkdir: “Bu məsələni gələcəyə buraxmaq lazımdır, çünki bu, ən mürəkkəb məsələdir və tez həllini vermək mümkün deyil. Bu, ən məqbul və təsirli variantdır”. Babayan düşünür ki, Azərbaycan bundan sonra hələ 100 il il də gözləməlidir.Amma anlamır ki, Xankəndində Azərbaycan bayrağının dalğalanması üçün elə də uzun bir vaxt lazım olmayacaq. Onlar istəsələr də istəməsələr də bu tez bir zamanda baş verəcək. Sadəcə olaraq Xankəndindəki ermənilər müəyyən qarşıçıxmaları ilə az da olsa vaxtı yubadırlar. Babayan bildirib ki, ümumiyyətlə, bu cür yanaşma olan istənilən təklif  onlar üçün məqbuldur. Yəni Azərbaycan dövlətinin qanunlarının Xankəndində işləməsinin qarısını almaq,üçrəngli bayrağımızı Xankəndinin mərkəzində dalğalanmağa qoymamaq üçün mövcud vəziyyəti 100  il sonraya saxlamaq gərəkmiş. Hətta Babayan bəyan edir ki, Rusiyanın belə bir yanaşması var: “Çünki Rusiya regionu çox dərindən dərk edir, həm də burada sülhün və sabitliyin qorunmasına görə tarixi məsuliyyət daşıyır.Ona görə də bu, məqbul variantdır. Yəni bu realdır.Başqa variant yoxdur. İstənilən başqa variant müharibəyə gətirib çıxaracaq”. Separatçı Babayanın “Başqa variant yoxdur. İstənilən başqa variant müharibəyə gətirib çıxaracaq”-fikri isə əslində daha doğru təsbitdir. Çün ki,Xankəndindəki ermənilər və ordakı separatçılar tez bir zamanda Azərbaycanın yurististikasına qayıtmayacaqsa, o zaman rəsmi bakı Xankəndində antiterror əməliyyatları ilə bunu etməyə məcbur olacaq.

Ona görə də Davit Babayanın bu açıqlamasın eyni zamanda  Ermənistanda Nikol Paşinyan iqtidarına bir növ “Azərbaycanla tez sülh bağla, yoxsa halımız pərişan olacaq” mesajı kimi də dəyərləndirmək olar.

 

Zərri

Vətəninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki