image-333backend

Dehlidə G20 ölkələrinin xarici işlər nazirlərinin görüşü başladı

image-reklam_sirab_01

Cümə axşamı Dehlidə “İyirmilik Qrupu” ölkələrinin xarici işlər nazirlərinin toplantısı başlayıb və orada iştirak edənlər Türkiyə və Suriyada baş vermiş zəlzələ qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sükut dəqiqəsini Hindistanın Xarici İşlər Naziri Subramanyam Caişankar elan edib.

Vətəninfo.az xəbər verir ki, Hindistan xarici işlər nazirinin müavini Vinay Quatranın bir qədər əvvəl bildirdiyi kimi, Ukrayna ətrafında vəziyyət görüşün mövzularından biri olacaq. Nazirlər bunun dünyaya təsirini müzakirə edəcəklər.

Əvvəlcə Almaniyanın xarici işlər naziri Annalena Berbok rəsmi hissə başlamazdan xeyli əvvəl görüş yerinə gəldi. Onun gəlişindən təxminən bir saat sonra “iyirmiliyin” digər iştirakçıları konqres mərkəzinə gəldilər. ABŞ dövlət katibi Entoni Blinken Avropa və Britaniya diplomatiyasının rəhbərləri Cozef Borrel və Ceyms Kleverli ilə demək olar ki, eyni vaxtda gəlib. Sonuncu gələn Rusiya xarici işlər naziri Sergey Lavrov oldu.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki