Vətəninfo.az xəbər verir ki, Amerikanın “İnter Mayami” klubunun həmsahibi, İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem dünya çempionu Argentina yığmasının 36 yaşlı hücumçusu Lionel Messinin MLS klubuna keçidinə münasibət bildirib. Messinin təqdimatı iyulun 16-da baş tutub.
“Tarixin ən böyük futbolçusu şəhərimizə və klubumuza köçdü. O, bütün dünyada böyük diqqəti cəlb edib. Biz həmişə buna çalışırdıq. Messinin təqdimatını bütün dünyada 3,5 milyard insan izləyib. Bu, çox böyük rəqəmdir”, – ESPN Argentina Bekhemdən sitat gətirir.
Messinin “İnter Mayami”də debütü iyulun 21-də Liqa Kuboku matçında Meksikanın “Kruz Asul” komandasına qarşı olacaq .