image-reklam-veteninfo
image-d65bbbf4-5871-3347-afe0-6cdfe2320798_850backend

DİN Ramiz Mehdiyevin qohumunun saxlanılması ilə bağlı açıqlama verdi

image-reklam-veteninfo

AMEA prezidenti Katibliyinin rəisi Eldar Əmirov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

DİN Mətbuat Xidmətinin rəisi polis polkvniki Ehsan Zahidov açıqlamasında məlumatı təsdiqləyib.

O bildirib ki, Eldar Əmirov DİN-ə daxil olmuş bir məlumatın araşdırılması məqsədi ilə saxlanılıb: “Hazırda araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, Eldar Əmirov AMEA prezidentliyindən istefa vermiş R.Mehdiyevin baldızı oğludur. O, R.Mehdiyevin köməkçisi də olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki