image-irevanbackend

“Diplomatik platformalarda danışıqlardan imtina etmək başqa təhlükə ilə də doludur”-ERMƏNİ MÜXALİFƏTİ AZƏRBAYCAN QARŞISINDA ÇARƏSİZLİYİNİ AÇIQLADI

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Oktyabrın 31-də Soçidə keçirilən görüş, Azərbaycan prezidentinin həm Rusiya Federasiyası prezidenti Vladimir Putin ilə təkbətək görüşdə,eyni zamanda üçtərəfli görüşün nəticəsi olaraq yayımlanan bəyanatda rəsmi Bakının mövqeini sərt formada çatdırması, Ermənistanda Nikol Paşinyana qarşı birləşmiş siyasi qüvvələri ciddi şəkildə narahat edib. Elə bu səbədəndir ki, Azərbaycanın daha da sərt üzünü görməmək üçün davamlı olaraq revanşist mövqe sərgiləyən bu qüvvələr, Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbə ilə barışmalı olduqların dolayısı ilə etiraf etməli olurlar.

Ermənistan müxalifətinin nəzarətində olan “Zham.am” saytı Soçi görüşü,Nikol Paşinyanın Azərbaycan prezidenti İlham əliyevin Dəmir yumruqlu diplomatik gedişləri qarşısında açizliyi və rəsmi İrəvanın bundan sonra hansı addımlar atmalı olduğunu ehtiva edən məqalə yayımlayıb.

Məqalədə vurğulanır ki, bu gün Ermənistanda çox adam soruşur ki, niyə Soçidə  Qarabağ haqqında bir kəlmə də danışılmayıb?

“Düşünürük ki, cavab artıq ictimaiyyətin böyük əksəriyyətinə bəllidir. Nikol Paşinyanın 4 illik siyasəti nəticəsində ATƏT-in Minsk Qrupunun əvvəllər əldə etdiyi bütün razılaşmalar ləğv edildi. Azərbaycanın aqressiyasına qapı açdı, bunun nəticələri Bakının diplomatik platformalarda uğurunu izah edə bilər”. Göründüyü kimi revanşistlər Azərbaycanın 44 günlük haqlı davasından sonra,diplomatiya sahəsində də rəsmi İrəvasnı ciddi şəkildə zəyiflətməsin etiraf etməli olur. Məqalədə daha sonra deyilir:

“Üstəlik, Paşinyan Ermənistanın tələblərini o qədər aşağı salıb ki, Azərbaycan Qarabağla bağlı heç bir sözü belə qəbul etmir. Və Azərbaycanın qalib tərəf hesab edildiyini nəzərə alsaq, bütün vasitəçilər güclü tərəfi nəzərə almağa daha çox məcburdurlar. Bu, siyasət elminin oyununun ən əsas qaydalarından biridir. Belə olan halda Ermənistan yalnız diplomatik platformalarda itkilər qeyd edə bilər. Hətta hansısa konkret sənəd imzalansa. Digər tərəfdən, diplomatik platformalarda danışıqlardan imtina etmək başqa təhlükə ilə də doludur, yəni Azərbaycan bundan bəhanə gətirə və onsuz da zəifləmiş Ermənistana qarşı yeni hərbi əməliyyatlara başlaya bilər, bunun nəticəsində həm yeni itkilərimiz olacaq. Ona görə də bizə Azərbaycanla işləmək üçün bir neçə komponentdən ibarət yeni strategiya lazımdır”. Bəli Azərbaycan bu gün dikdə edən tərəfdi və Ermənistan 30 il işğal etdiyi torpaqlardan müharibə yolu ilə qovulmaqla bərabər,eyni zamanda rəsmi bakının irəli sürdüyü şərtləri qəbul etməyə məhkumdur. Əks təqdirdə məqalədə vurğulandığı kimi, Ermənistanın nələrəsə güvənərək qaldırmaq istədiyi başın üzərinə Dəmir yumruq yenidən enmiş olar.

Məqalə müəlifləri çıxış yolu olaraq bəyan edirlər ki, ilk növbədə indiki vəziyyətdə Azərbaycanla danışıqlar masasına oturan Nikol Paşinyan getməlidir ki, Ermənistan məğlubiyyətlə üzləşməsin. “Məğlubiyyət özü vasitəçilərə onu deməyə əsas verir ki, erməni xalqı Azərbaycanın qələbələri ilə barışıb və bunu kağıza yazmağa hazırdır. Belə olan halda, erməni xalqı faktiki olaraq Bakının tələblərini yerinə yetirməyə razıdırsa, niyə vasitəçilər Azərbaycanın tələblərinə qarşı çıxmalıdırlar?”-vurğulanan məqalədə o da qeyd edilir ki,yeni danışıqlar aparan şəxs oğlan kimi yalançı hərbi-vətənpərvərlik tezisləri ilə çıxış etməməlidir, çünki Azərbaycan buna güclə cavab verəcək və Ermənistan da indiki vəziyyətdə qalacaq:

“Yeni danışıqlar aparan şəxs supergüclərin mübarizəsində Ermənistan-Azərbaycan danışıqlar formatını rəqabətə salmamalıdır, çünki bundan müstəsna olaraq Azərbaycan faydalanacaq. O, qalib tərəfdir və ona görə də bu rəqabətdən yararlanmaq üçün daha böyük imkanları var. Və əksinə, danışıqlar eksklüziv olaraq Moskva-İrəvan-Bakı formatında gedərsə, o zaman Bakının tələblərini burada cilovlamaq asan olar, çünki onun vasitəçiyə əlavə təzyiq vasitəsi olmayacaq”. Məqalə müəlifləri həmişə olduğu kimi yenə də özlərini çətirsiz hesab edə bilmirlər. Yenə də hansısa yanlış hərəkətlərində Moskavanın çətiri altında gizlənə biləcəklərini düşünürlər. Belə olmasaydı “danışıqlar eksklüziv olaraq Moskva-İrəvan-Bakı formatında gedərsə, o zaman Bakının tələblərini burada cilovlamaq asan olar, çünki onun vasitəçiyə əlavə təzyiq vasitəsi olmayacaq”-urğulamaqla, hesab edirlər ki,belə olsa rəsmi Bakı Rusiyaya qarşı çıxa bilməz. Amma Soçi görüşündən nəticə çıxarılmasın məsləhət görən Ermənistan müxalifətinin yazarları,elə Soçidə İlham Əliyevin onların sığındıqları Vladimir Putinə “Qarabağ münaqişəsi iki il əvvəl  bitib və biz bundan sonra irəliyə baxmaylıyıq”deməklə Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşları olduqlarını,onlarla bağlı hansısa platformalarda nələrisə müzakirə etmək istəmədiyi açıq şəkildə ifadə etdi.

Məqalə müəlifləri etiraf edirlər ki,bu gün Ermənistan ciddi tənəzzülə uğramış haldadır və erməni xalqı yenidən müharibə olacağından ciddi şəkildə qorxurlar.Buna görə də  müharibədə məğlub olan Ermənistanın yeni nəfəs almağa vaxtı olmalı olduğunu,bunun üçün isə iqtisadiyyatlarını yeni vəziyyətə uyğunlaşdırmalı,insanlardan çaxnaşma, yeni müharibə qorxusunu aradan qaldırmaq üçün regionda davamlı sülhü bərqərar etməyə səy göstərməlidirlər: “Bütün növ nəqliyyat kommunikasiyaları açılmalıdır”-dır vurğulanan məqalədə yenə də revanşistlər Zəngəzur dəhlizinə qarşı çıxaraq kommunikasiyaların açılması tərəfdarı olduqlarını bəyan etsələr də dəhliz  məsələsin qəbul etmək istəmirlər. Amma İki ölkə arasında yeni dinc yanaşı yaşama, sərhədlərin delimitasiyası prosesinin başlanılmasını qəbul etdiklərini bəyan edirlər.

Revanşistlər kammunikasiyaların açılması,xalqlararasında əməkdaşlığı vurğulamaqla yanaşı,eyni zamanda separatizim xəstəliyindən uzaq olmadıqların elə bu məqalədə də göstərmiş olurlar. Hesab edirlər ki, ermənilər nəyin bahasına olursa-olsun, Qarabağda,əsasən də Xankəndindəki separatçıların statusunun saxlanılmasına nail olmaqla yanaşı,eyni zamanda, separatçıların siyasi-iqtisadi təminatçısı Ermənistanın güclənməsi və ağıllı xarici siyasətin aparılmalıdırlar: “Yalnız etimad nəticəsində əsas tərəfdaşlarımızdan iqtisadi dəstəyə, hərbi dəstəyə qədər dəstək gözləmək olar”.

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki