image-444backend

Diyarbəkir şəhərində partlayış olub, 8 polis əməkdaşı yaralanıb

image-reklam_sirab_01

Türkiyənin Diyarbəkir şəhərində  xüsusi təyinatlı polisləri daşıyan servis maşını keçərkən baş verən partlayışda 8 polis əməkdaşı yaralanıb.

Vətəninfo.az xəbər verir ki, Diyarbəkir-Mardin yolunda xüsusi təyinatlı polisləri daşıyan avtomobilin keçdiyi yerdə bomba partladılıb.

Hadisə yerinə əlavə təhlükəsizlik qüvvələri cəlb edilib.

Partlayış nəticəsində yaralanan 8 polis xəstəxanaya aparılıb.

Daxili işlər naziri Süleyman Soylu bildirib ki, partlayışa görə iki nəfər şübhəli qismində saxlanılıb.

Yaralı polislər üçün həyati təhlükənin olmadığı bildirilib.

Türkiye Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun Diyarbəkirdə xüsusi təyinatlı polisləri daşıyan servis maşınının keçidi zamanı hücum edən terrorçulara lazımi cavabın veriləcəyini bildirib.

F.Altun sosial media hesabında etdiyi paylaşımda deyib:

“Diyarbəkirdə törədilən terror aktında yaralanan polis əməkdaşlarımıza ən xoş arzularımı çatdırır, Allahdan şəfa diləyirəm. Hücumu təşkil edən terrorçulara bunun cavabı veriləcək. Terrorla mübarizəmizi bütün sahələrdə davam etdirəcəyik”.

Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədr müavini və partiya sözçüsü Ömər Çelik də sosial media hesabında etdiyi paylaşımda deyib:

“Diyarbakır polisimizə edilən hücumu qınayırıq. Polislərimzə Allahdan şəfa diləyirik. Diyarbəkir sülh və əmin-amanlıq şəhəridir. Bu hücumu edənlər və arxasında olanlar layiq olan cavabı alacaqlar”.

Digər tərəfdən, hücumla bağlı aparılan istintaq çərçivəsində saxlanılanların sayı 5-ə yüksəlib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki