image-633d6cc3793babackend

Dmitri Peskov: ”Finlandiyanın NATO-ya üzv olması Rusiya üçün təhlükə yaradır”

image-reklam_sirab_01

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, Finlandiyanın NATO-ya üzv olması Rusiya üçün təhlükə yaradır.

Vətəninfo.az xəbər verir ki, bu barədə Dmitri Peskov paytaxt Moskvada jurnalistlərə müsahibəsində bildirib.

Dmitri Peskov bildirib ki,Finlandiyanın NATO-ya daxil olması Avropada sabitliyi və təhlükəsizliyi gücləndirməyəcək. “Finlandiya NATO-ya daxil olduqdan sonra Rusiya öz təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlərə ehtiyac duyacaq, lazım olan hər şeyi edəcək”,-deyə Dmitri Peskov vurğulayıb.

Finlandiya 2022-ci il mayın 18-də İsveçlə NATO-ya üzvlük üçün müraciət edib.

2022-ci il 28-30 iyun tarixlərində keçirilən Madrid Sammitində Türkiyə, Finlandiya və İsveç arasında Üçtərəfli Memorandum imzaladı.

Sammitdən sonra NATO ölkələrinin əksəriyyəti iki ölkənin üzvlüyünün təsdiqi prosesinə başlayıb.
NATO-nun 20 ölkəsi iyulda, 4-ü avqustda, 4-ü isə sentyabrda öz parlamentlərində ratifikasiya prosesini başa çatdırıb.

Martın 27-də Macarıstan parlamenti Finlandiyanın üzvlüyünü təsdiqləyib.

Martın 30-da isə Türkiyə Böyük Millət Məclisi Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı qanun layihəsini qəbul edib.

Qeyd edək ki, Finlandiya dünən NATO-ya rəsmi üzv olub.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki