Rusiya Prezidenti Vladimir Putinin “Vaqner” özəl hərbi şirkətinin tqurucusu Yevgeni Priqojinin dəfnində iştirak etməyəcək.
Vətəninfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Dmitri Peskov özəl təyyarənin qəzaya uğraması nəticəsində həyatını itirən Yevgeni Priqojinin dəfn mərasimi ilə bağlı jurnalistlərə açıqlama verib.
Dəfn mərasimi ilə bağlı məlumatlarının olmadığını bildirən Dmitri Peskov deyib:“Bu məsələ ilə bağlı qərarı Priqojinin yaxınları verir, burada onlar olmadan nə isə deyə bilmərik. Prezidentin Yevgeni Priqojinin dəfnində iştirakı nəzərdə tutulmayıb”.
Rusiya İstintaq Komitəsi avqustun 27-də yaydığı bəyanatda Tver vilayətində özəl təyyarənin qəzaya uğraması nəticəsində ölənlər arasında ”Vaqner”in qurucusu Yevgeni Priqojinin də olduğunu təsdiqləyib.
Vladimir Putin qəza nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.


























