image-trampbackend

Donald Tramp məşhur jurnalisti məhkəməyə verdi: 50 milyon dollar təzminat istəyir

image-reklam_sirab_01

ABŞ-ın sabiq  prezidenti Donald Tramp məşhur amerikalı jurnalist Bob Vudvordu siyasətçinin razılığı olmadan müsahibələrinin səsyazmalarından ibarət audiokitabı dərc etdiyinə görə məhkəməyə verib. Vətəninfo.az xəbər verir ki, iddia ərizəsində bildirilir ki, Tramp Vudvorda yalnız gələcək çap olunan kitab üçün məlumat verdiyi barədə dəfələrlə xəbərdarlıq edib. Siyasətçi bildirib ki, jurnalist audio yazıları ondan xəbərsiz yayıb ki, bu da müəllif hüquqlarını pozur.

Sabiq prezident audiokitabın satışından heç bir qonorar almadığı üçün maliyyə itkiləri ilə üzləşdiyini də təkid edir.  Tramp 50 milyon dollar təzminat istəyir.

İddia ABŞ-ın Florida ştatının Pensakola bölgə məhkəməsinə verilib.

Vudvord The Washington Post qəzetinin əməkdaşıdır. O, Uotergeyt qalmaqalına (1972-1974) və ABŞ prezidenti Riçard Niksonun istefasına səbəb olan jurnalist araşdırmasının iştirakçılarından biridir. Vudvord “Qorxu: Tramp Ağ Evdə” (2018), Qəzəb (2020) və Təhlükə (2021) kimi kitabların müəllifi olub, onların hamısında diqqəti Donald Trampa yönəldir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki