image-111backend

Donald Tramp qısamüddətli həbsdən sonra zaminə buraxılıb

image-reklam_sirab_01

ABŞ-nin keçmiş prezidenti Donald Tramp hakimiyyətə təslim olmaq və seçkilərə müdaxilə işi üzrə rəsmi həbs prosedurundan keçmək üçün Corciya ştatının Fulton qraflığının həbsxanasına gedib.

Vətəninfo.az xəbər verir ki, Donald Tramp həbs edilib və daha sonra girov müqabilində Corciya ştatındakı Fulton həbsxanasından sərbəst buraxılıb.

Trampın girov məbləğinin 200 min dollar təşkil etdiyi, təxminən 20 dəqiqə həbsdə olduğu, orada onun şəklinin də çəkildiyi bildirilib.

Xatırladaq ki, Corciya rəhbərliyi Trampı ştatda 2020-ci ildə keçirilmiş prezident seçkilərinə müdaxilə etməkdə ittiham edir. Tramp ölkənin hazırkı prezidenti Cozef Baydenə uduzduğunu inkar edib və bu ştatda səsvermənin nəticələrinin ləğv edilməsini tələb edib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki