image-image_750x_63f46a254c09fbackend

Donald Trampdan şok açıqlama:”Ukrayna münaqişəsini bir günə həll edərəm”

image-reklam_sirab_01

ABŞ-ın keçmiş prezidenti Donald Tramp yenidən ABŞ administrasiyasının rəhbəri seçiləcəyi təqdirdə eyni gecə Putin və Zelenskiyə zəng vuracağını və Ukrayna ətrafındakı vəziyyəti mümkün qədər tez həll etmək üçün görüş təşkil edəcəyini açıqlayıb.

“Qələbəmdən xəbər tutan gecə həm Zelenskiyə, həm də Putinə zəng edib deyəcəyəm: “Görüşməliyik.”

“Hər şeyin öhdəsindən gələ biləcəyimə zəmanət verirəm. Biz 24 saat ərzində razılığa gələcəyik”, – Vətəninfo.az xəbər verir ki, bunu  Tramp Floridada tərəfdarlarının mitinqində deyib.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək. 15 noyabr 2022-ci ildə Tramp yenidən prezidentliyə namizədliyini irəli sürəcəyini açıqladı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki