image-dsxbackend

DSX İranla sərhəddə əməliyyat KEÇİRDİ

image-reklam_sirab_01

Aprelin 4-ü Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə  DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 16 kiloqram narkotik vasitə marixuana və 1300 ədəd Metadon M-40 psixotrop tərkibli həbləri aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki