image-bez-nazvaniyabackend

Dubayda dünyanın ən bahalı oteli açıldı – Foto

image-reklam_sirab_01

Planetin ən bahalı oteli olan Atlantis The Royal Dubayda (BƏƏ) açılıb, onun tikintisinin dəyəri 1,5 milyard dollar qiymətləndirilir.

Vətəninfo.az xəbər verir ki, açılış mərasiminə məşhur müğənni Beyons dəvət olunub və onun məlumatına görə, açılışa yalnız şəxsi dəvətlə qatılmaq mümkün olub.

Beyonsenin açılış mərasimindəki konserti 2018-ci ildən bəri ilk konsertdir. Müğənni 70 dəqiqə ərzində səhnədə üç libas dəyişib: çəhrayı rəngdə ukraynalı “Frolov” brendindən, qırmızı rəngli livanlı dizayner Nikolas Jebrandan və sarı rəngli “Atelier Zuhra” Dubay brendindən.

Müğənni “Crazy in Love”, “Spirit” və “Drunk in Love” mahnılarını ifa edib. İlkin məlumatlara görə, o, çıxışına görə 24 milyon dollar alıb.

Premium oteldə bir gecənin təxminən 200 min dollara başa gələcəyi deyilir. Xidmətə şəxsi eşikağasının təqdim edilməsi daxildir. Bundan əlavə, onlara təmiz qızılla örtülmüş diş fırçaları, ülgüclər və daraqlar təklif olunur.

Pikassonun rəsmləri otelin daxilindəki mağazalarda satılacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki