Dünya çempionatında mübarizə aparan komandalardan Serbiya ilə bağlı qalmaqallı iddia ortaya atılıb. Vətəninfo.az xəbər verir ki, futbolçuların əhval-ruhiyyəsini yüksəltmək üçün onların ailələrinin düşərgəyə gətirildiyi iddia edilsə də, bu vəziyyət Serbiya yığmasında biabırçı əmələ səbəb olub. İddialara görə, hücumçu Vlahoviç ehtiyat qapıçı Raykoviçin həyat yoldaşı Ana Çakiçlə birlikdə olub. Qudelj Yoviçin həyat yoldaşı isə Sofiya Miloşeviçlə birlikdə olub. Bu səbəbdən futbolçular arasında yumruq davası yaşanıb.
Qalmaqallı olayda adı keçən futbolçuların Kamerunla matçda heyətdə olmaması bu iddiaların sadəcə iddia olmadığını ortaya çıxarıb.