image-1backend

Dünya Putinin andiçməsini boykot edir

image-reklam_sirab_01

ABŞ Dövlət Departamenti yenidən bəyan edib ki, Rusiyada keçirilən prezident seçkilərini ədalətli hesab etmir, lakin Putini ölkə prezidenti kimi tanıyır.

Kreml Amerika Xarici İşlər Nazirliyinin bəyanatına cavab verib və ABŞ-ın Rusiyadakı seçkilərə verdiyi qiymətlə qətiyyən razı olmadıqlarını bildirib.

“ABŞ Rusiyada dövlət başçısı seçkilərinin dürüst və ədalətli keçirildiyinə inanmır, lakin buna baxmayaraq, Vladimir Putini ölkə prezidenti kimi tanıyır”. Vətəninfo.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə məlumat verib.

O, mayın 7-nə planlaşdırılan Putinin andiçmə mərasimində ABŞ-ın təmsil olunub-olunmayacağı sualına mənfi cavab verib. Bir müxbirin bu, Vaşinqtonun mərasimi boykot edəcəyi anlamına gəlirmi sualına Miller belə cavab verdi: “Bizim nümayəndəmiz orada olmayacaq. Özünüz nəticə çıxara bilərsiniz”.

Rusiyada 4 namizədin iştirak etdiyi prezident seçkiləri martın 15-17-də keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Putin 87,28% səs toplayıb. Bu gündən o, beşinci müddətə dövlətin ali lideri vəzifəsini icra edəcək.

ABŞ Ağ Evi və Dövlət Departamenti bundan əvvəl Rusiyadakı seçki prosesini qeyri-demokratik hesab etdiklərini açıqlamışdı.

Dünən Aİ-nin xarici siyasət xidmətinin nümayəndəsi Piter Stano bildirib ki, Avropa diplomatiyasının rəhbəri Josep Borrell bloka daxil olan ölkələrin nümayəndələrinin andiçmə mərasimində iştirakının əleyhinədir. Bundan əlavə, Baltikyanı ölkələrin diplomatları tədbirdə iştirakdan imtina edib, Almaniya və Çexiya da təmsil olunmayacaq (Berlin və Praqa dünən öz səfirlərini geri çağırıb). Ermənistanın baş naziri Nikol Paşinyan da mərasimdə iştirak etməyəcək, lakin mayın 8-də Putinlə ayrı-ayrılıqda danışıqlar aparacaq.

Eyni zamanda, Reuters-in məlumatına görə, Fransa və Slovakiyanın səfirləri Putinin andiçmə mərasimində iştirak edəcəklər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki