image-image_750x_6383525af365abackend

Dünya şöhrətli reper 13 il həbs cəzası ALDI

image-reklam_sirab_01

Cənubi Koreyanın EXO pop qrupu ilə şöhrət qazanan 32 yaşlı Çin əsilli kanadalı reper Kris Vu həbs edilib. Vətəninfo.az xəbər verir məşhur reper zorlama və qrup şəklində zorlamada ittiham olunaraq 13 il həbs cəzasına məhkum edilib və ölkədən deportasiya edilib.

“2022-ci il noyabrın 25-də Pekin Çaoyan Birinci İnstansiya Məhkəməsi təqsirləndirilən Kris Vuya qarşı zorlama  işi üzrə hökm çıxardı. Zorlamada ittiham olunan Kris Vu 11 il 6 ay həbs cəzasına məhkum edilərək deportasiya edilib. O, qrup zorakılığına görə 1 il 10 ay müddətinə azadlıqdan məhrum edilib. Ümumilikdə o, 13 il həbs və deportasiya cəzasına məhkum edilib”, – Pekin Ali Məhkəməsinin bəyanatında deyilir.

Keçən il müğənni Du Meiju adlı qız tərəfindən zorlanmada ittiham edilmişdi, digər qurban isə ABŞ-dan olan azyaşlı idi.

“Məhkəmə zamanı məlum olub ki, 2020-ci ilin noyabr-dekabr ayları arasında müttəhim Kris Vu sərxoş vəziyyətdə olan və müqavimət göstərə bilməyən üç qızı zorla cinsi əlaqəyə məcbur edib. 2018-ci il iyulun 1-də sərxoş olduqdan sonra Kris Vu öz mənzilində iki qızı başqa oğlanlarla birlikdə zorlayıb”, – məhkəmədən bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image