image-c2566aaa1195936c72070d687587d0d4backend

Dünyanın diqqəti TÜRKİYƏDƏ – Ankaranın gücü və nüfuzu artır

image-reklam_sirab_01

Dünyanın bir çox böhranlı bölgələrində Türkiyənin imzasını daşıyan silahlar var. Xüsusilə PUA-ların uğurlarından sonra bir çox ölkə bu silahları almaq üçün növbəyə düzülüb.

Vətəninfo.az xəbər verir ki, Almaniyanın aparıcı qəzetlərindən biri olan “Die Welt” Türkiyənin güclənən müdafiə sənayesi ilə bağlı diqqətçəkən bir təhlil dərc edib.

“Türkiyənin silahlanma gücünün heyrətamiz yüksəlişi” başlıqlı xəbərdə Almaniya ilə yaşanan problemdən sonra Ankaranın sürətlə özünü təmin edən səviyyəyə yaxınlaşdığı şərh edilib.

Təhlildə Türkiyənin 20 il əvvəl alman müdafiə şirkətləri Krauss-Maffei Wegmann (KMW) və Rheinmetall-dan 1000 Leopard-2 döyüş tankı sifariş etmək istədiyi, lakin razılaşmanın heç bir nəticə vermədiyi xatırladılıb:

“Türkiyə Prezidenti Ərdoğan istəyir ki, Türkiyə özünü silahla təchiz edən ölkəyə çevirsin. Kənardan silah almaq əvəzinə, özünün güclü müdafiə sənayesini qurur”.

Eyni xəbərdə Ərdoğanın Türkiyəni yaranmasının 100-cü ildönümündə “silah sənayesinin ən yaxşı oyunçusu” kimi təqdim etmək istədiyi vurğulanıb.

“Die Welt” Türkiyənin 2021-ci ildə ümumi daxili hasilatının 2,1 faizini müdafiəyə ayırdığı məlumatını da yazıb.

“Ərdoğan embarqolardan sonra başqa mənbələr tapmalı oldu” şərhini verən qəzet Türkiyənin müdafiə sənayesindəki yüksəlişinin Qərb müdafiə ittifaqına daxil olan ölkələrin Ankaraya tətbiq etdiyi sanksiyalar və silah embarqoları ilə sıx bağlı olduğuna diqqət çəkib.

Xatırladaq ki, oxşar təhlil bu yaxınlarda Rusiya mətbuatından da gəlib. “Russia Today” (RT) Türkiyənin “BAYKAR Technology” şirkəti tərəfindən istehsal edilən PUA-lar üçün aşağıdakı qiymətləndirməni edib:

“Dron istehsalçısı Azərbaycanın Bayraktar TB2-lərlə 2020-ci ildə 44 günlük Qarabağ müharibəsində Ermənistana qarşı böyük təsir göstərməsində sonra diqqət mərkəzinə gəldi”.

PUA-ların artıq 10-dan çox ölkəyə satıldığını vurğulayan RT Baykarın ixracatının keçən il 78% artaraq 1,18 milyard dollara çatdığını qeyd edib.

Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki