image-bez-nazvaniyabackend

“Dünyanın üzü belə həyasız qonşu, ölkə , millət görməyib” – Yeganə Hacıyeva

image-reklam_sirab_01
Ermənistan Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edərək Azərbaycanın Laçın yolunun açılmasını tələb edən müvəqqəti tədbirlər tətbiqini tələb edir. Vətəninfo.az xəbər verir ki, politoloq Yeganə Hacıyeva erməniləri dünyanın ən həyasız milləti adlandırıb.
image-322935181_874956960485362_954961890574367916_n
“Dünən , 29 dekabr 2022-ci il Ermənistan Respublikası Birləşmiş Millətlər Təşkilatının əsas məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsinin Katibliyinə Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı iş üzrə müvəqqəti tədbirlərin göstərilməsi üçün Sorğu təqdim edib. Ermənistan öz müraciətində bildirib ki, “2022-ci il dekabrın 12-də Azərbaycan Dağlıq Qarabağdakı 120 min etnik ermənini ( ??? ) xarici dünya ilə birləşdirən yeganə yolun blokadasını (????) təşkil edib və bununla da heç kimin daxil olub-olmamasına mane olub”.
O, həmçinin iddia edir ki, müraciət etdiyi tarixdən blokada davam edir və onun tezliklə aradan qaldırılacağına dair heç bir işarə yoxdur”.” -deyə politoloq bildirib.
Poliroloq qeyd edib ki, Ermənistan Məhkəmədən aşağıdakı müvəqqəti tədbirləri göstərməyi xahiş edir:
– “Azərbaycan Laçın dəhlizi boyunca hər iki istiqamətdə maneəsiz sərbəst hərəkətə mane olan iddia edilən “etirazların” təşkilini və dəstəklənməsini dayandırmalıdır.
– Azərbaycan Laçın dəhlizi ilə hər iki istiqamətdə bütün insanların, nəqliyyat vasitələrinin və yüklərin fasiləsiz olaraq sərbəst hərəkətini təmin etməlidir.
Məhkəmə Reqlamentinin 74-cü maddəsinə əsasən, “müvəqqəti tədbirlərin göstərilməsini tələb edir.”
 Politoloq bildirib ki, müraciəti İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi Məhkəmə Nizamnaməsinin 41-ci maddəsinə və Məhkəmə Reqlamentinin 73-cü maddəsinə istinadən olunub. Dünyanın üzü belə həyasız qonşu, ölkə , millət görməyib.
image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki