Vətəninfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, Düzcenin Gölyaka rayonunda 5,9 bal gücündə, 6,81 dərinlikdə zəlzələ baş verib. Saat 04.08-də baş verən zəlzələ İstanbul, Ankara, Bursa, Biləcik, Əskişəhər, Kocaeli, Bolu, Çankırı, Zonquldak və Sakaryada hiss olunub.