image-allahverdibackend

Əbədiyyət üfüqündə doğulan Milli Qəhrəmanımız

image-reklam_sirab_01

Aprelin 22–də Azərbaycanın milli qəhrəmanı, Qarabağ müharibəsinin qəhrəmanı, I-ci Qarabağ müharibəsinin şəhidi,Allahverdi Bağırovun anadan olmasının 75-ci ili tamam olur.

Mən hal-hazırda Moskva şəhərində yaşayan Rzayev Fuad Furudun oğlu Allahverdi Bağırovu və onun silah yoldaşlarını yaxından tanıyırdım.Bugün şəhidlik zirvəsinə ucalan,ölümü ilə ölümsüzlük yaradan Allahverdi Bağırovun ən yaxınında olan silah – döyüş yoldaşlarının çoxları ilə bir gün olsa belə əlaqələri kəsməmişəm.Tez-tez görüşüb,zəngləşir keçmiş günlərdən,o qanlı döyüşlərdən danışırıq.Bugünlərdə onlarla növbəti telefon danışığım oldu.Keçmiş günlərin xatirələri sanki bir kino lenti kimi gözümün önündə canlandı.O hislərimizi, xatirələrimizi,xüsusilədə Allahverdi Bağırov haqqında fikirlərimizi,duyğularımızı, xatirələrimizi mən Fuad Rzayev həm öz adımdan,həm də müştərək dostlarımız adından yazmaq qərarına gəldim.İlk öncə Allahverdi Bağırovun haqqında bildiyim məlumatları paylaşım.Kim idi Allahverdi Bağırov?!

image-allahverdi

Allahverdi Teymur oğlu Bağırov 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olub.Orta təhsilini Ağdam şəhəri,1 saylı orta məktəbində alıb.Gənc yaşlarından təşkilatçılıq istedadı,sözü bütövlülüyü,qorxmazlığı,haqsızlığa qarşı çıxması ilə yaşıdlarından seçilirdi.Kiçik yaşlarından idmana,xüsusilə futbola,yüngül atletikaya və voleybola böyük həvəsi olub.Ona görə də idmanın bütün növlərində keçirilən yarışlarda iştirak edib.”Ağdam” klubunun kapitanı olaraq,Ağdamın qələbə qazanmasında böyük rolu olub.Hətta 1991-ci ildə “Qarabağ”və “Neftçi”klubları arasında keçirilən oyunda iştirak etmişdir.1:1 başa çatan qarşılaşmada “Ağdam” klubunun qolunu Allahverdi Bağırov vurmuşdur.1988-ci ildə Ağdamda ilk müdafiə dəstələrinin formalaşmasında böyük rolu olmuşdur.Həmin ildə Əsgəranla Ağdam arasında keşikçi postu yaratmışdı.Daha sonra ermənilərlə həmsərhəd bütün kəndlərdə postlar yaratmışdı.Müstəqil Azərbaycanın bayrağını ilk dəfə Ağdama Allahverdi Bağırov sancmışdır.1992-ci ilin yanvarında Allahverdi Bağırovun komandirlik etdiyi tabor Naxçıvanik kəndində ermənilərin bütün canlı qüvvəsini və texnikasını darmadağın etmişdir.150 döyüşçü ilə Əsgərana qədər irəliləmiş, Pircamal kəndindəki bütün yüksəklikləri tutmuş,Kətük kəndi ilə üzbəüz mövqe qurmuşdu.Hücuma keçən Allahverdi Bağırovun döyüşçüləri cəmi 2 saata torpaqları azad edib,erməni bayraqlarını Azərbaycan bayraqları ilə əvəz etmişdi.Bu əməliyyata görə Allahverdi Bağırov “General Məhəmməd Əsədov”mükafatına layiq görülmüşdür.

image-fua-3

1992-ci il fevralın 26 – da Xocalı hadisəsi baş verdikdə Allahverdi Bağırovun batalyonu Xocalıdan qaçan əhalini xilas etmək üçün Qaraqaya istiqamətində hücuma keçib.Üç gün ərzində 1500 Xocalı sakinini əsirlikdən azad edib.Allahverdi həmçinin danışıqlar apararaq 700 azərbaycanlının cəsədini geri alaraq Ağdama gətirib.Yeri gəlmişkən bildirimki o vaxt Allahverdi Bağırov və onun batalyonu Xocalıdan məcburi köçkün düşmüş əhalini Ağdamda evlərlə təmin etdirmiş,onlara maddi–mənəvi və tibbi yardımları göstərtmişdir.Şəhid olanların cənazəsini isə Ağdam məscidində yuduzdurub,kəfənləyib dəfn etdirmişdir.Allahverdi Teymur oğlu Bağırovun bu kimi fəaliyyətləri “Fəryad” filmində obrazlı şəkildə işıqlandırılıb.Tele –jurnalist Çingiz Mustafayevin Xocalı hadisələrini lentə alınmasında Allahverdi Bağırovun misilsiz köməyi olmuşdur.24 fevral 1993 – cü ildə “Azərbaycanın milli qəhrəmanı”adı və “Qızıl ulduz”medalı ilə təltif olunub.Bir oğul,iki qız atası olan Allahverdi ailəli idi.

Mən Fuad Rzayev I-ci Qarabağ müharibəsini,o qanlı günləri,savaşları yaxından görmüşəm.Xüsusilə 1992-ci ildə Ağdamda milli qəhrəman Allahverdi Bağırovun batalyonunda əsgərlərin də,komandirin də cəsarətini görmüşdüm.Belə ki,o vaxt mən cəbhəyə, xüsusilə o batalyona maddi və mənəvi köməklik edirdim.Beləki cəbhəyə lazım olan bir çox ərzaq məhsullarını,siqaret,dərman və digər həyati vacib ləvazimatların çatdırılmasında bacardığım bütün köməklikləri edirdim.O vaxt mən Bakıda yaşayırdım.Amma Vətən,Qarabağ sevgisi günümün,həyatımın çox hissəsini o batalyonda keçirməyimə səbəb olurdu desəm yanılmaram. Bunu təsdiq edən rəsmi sənədlər,video görüntülər,şəkillər,şahidlər hal-hazırda var. Bakıya qayıdanda  isə müğənniləri,aktyorları öz şəxsi vəsaitim hesabına maliyyələşdirib onları Ağdama, Allahverdi Bağırovun batalyonuna gətirirdim.Məqsədim əsgərlərimizdə ruh yüksəkliyini,motivasiya hissini gücləndirmək idi.Çünki mən Fuad Rzayev yaxşı bilirdimki,ruhun işğalı,torpağın işğalından daha da pisdir.Ona görə çalışırdımki əsgərlərimiz pessimist fikirlərə köklənməsinlər.Pozitiv düşüncələr onların qəlblərinə,ruhlarına,çöhrələrinə həkk olunsun.Etiraf edimki,təşkil etdiyim konsert proqramları əsgərlərimizin ürəyincə olurdu.Bunları gördükcə sevinir,mənəvi dinclik tapırdım.O dövr üçün əsgərlərimizin bunlara ehtiyacı vardı.Bugün də geriyə dönüb baxdıqda bunları etməyimə görə özümü xoşbəxt,vicdanımı isə rahat hiss edirəm. Həm Vətən üçün nə isə edə bildiyim,həm də o qanlı döyüşlərdən qazandığım dostlara görə.Qarabağlıların qeyrəti,əzmi,gücü bütün Qarabağa bəs edərdi.

Heç bir erməni dığası Qarabağ torpağını işğal edə bilməzdi.Mən Fuad Rzayev bunun canlı şahidi olmuşdum,gözlərimlə görmüşdüm.Qarabağ alınmaz qala idi.Həm Allahverdi Bağırovun batalyonunda onun müavini,həm də mənim dostum olan Şahbaz Qulam oğlu İbrahimovun təbiri ilə desəm Allahverdi Bağırov Qarabağın Əsgəran qalası idi.Onun cəsarəti,hünəri elə bir səviyyədə idiki ermənilər onun adını eşidəndə heç nəyə cürət etməzdilər.Şahbazla Allahverdi haqqında xatirələrimi paylaşanda o belə dedi:“Fuad,bəzən mən də əsirləri dəyişdirmək prosesində Allahverdi ilə ermənilərin yanına gedirdim.Xüsusilə də Əsgərana gedərdik.Xocalı hadisələrindən sonra Allahverdi Bağırovla Əsgərana getmişdik.Məqsəd Xocalıda qalan əsirlərimizi ermənilərin əlindən alıb gətirmək idi.Bir gün bir hadisə baş verdi.Biz növbəti dəfə əsirləri dəyişdirirdik.Bu zaman atəşkəs pozuldu.Hətta indiki kimi yadımdadır, yanımızda Vitali də vardı.Vitalini Allahverdi futbol komandasından tanıyırdı. Allahverdi hara gedirdisə Vitali də onun yanında olardı.Əsgəranda pozulan atəşkəsi görən ermənilər silahları əsirlərə tutdularki, onları güllələsinlər.Bu zaman Allahverdi cəld irəli çıxıb erməni komandirinin üzərinə qışqırıb bildirdiki,tez küçüklərinə deki silahları yığışdırsınlar.Ermənilərin həddi nə idiki Allahverdinin sözünün qabağına söz deyələr.O dəqiqə erməni əsgərləri silahları aşağı endirdilər. Allahverdinin göstərişilə mən,Vitali erməni əsirlərini təhvil verib,öz əsirlərimizi alıb geri qayıtdıq.Allahverdinin cəsarəti,qorxmazlığı,hökmü sayəsində görüş qansız bitdi və biz üzərimizə düşən missiyanı yerinə yetirə bildik”.

Mən Fuad Rzayev,yeri gəlmişkən bildirimki, Şahbaz Qulam oğlu İbrahimovun da Qarabağ döyüşlərində çox böyük hünəri,qəhrəmanlığı olubdur. Allahverdi Bağırov hər adamı nə özünə müavin etməzdi,nə də ki, batalyonu ona təhvil verib digər işlərin arxasınca getməzdi.Şahbaz həm döyüşürdü,həm də əsgərlərə təlim keçirdi.Fürsətdən istifadə edib bildirimki,Şahbaz həm də karate üzrə IV-cü  Qara Kəmər ustası idi.Mükəmməl idmançı olan Şahbazın ləqəbi “karate Şahbaz” idi.Şahbaz həm də boks ustadı idi.Şahbaz əsgərlərə özünü müdafiə etməyi öyrətməklə yanaşı,əsgərlərin yatmaq,durmaq,yemək,içmək və nizam – intizamına nəzarət edirdi.Bir dəfə ərzaq dolu maşınla Bakıdan Ağdama – batalyona getmişdim. Şahbazgil orada yox idi.Eşitdimki Allahverdi Bağırovla 4 saatlıq əməliyyata gediblər. Onları gözlədim.2 saat sonra geri gəldilər.Şahbaz əməliyyatın uğurla keçdiyini bildirdi.Hətta 4 saatlıq Naxçivanik əməliyyatı bu qeyrət timsalı olan oğulların sayəsində 1 saat yarıma həll edilərək 3 kəndimiz erməni işğalından azad olunub.

image-fua-2

Əsgərlərimizlə qürur duydum.Fəxarət hissi keçirdim.Amma Allahverdi Bağırovu görmədim.Şahbazdan xəbər alanda mənə dediki Nizami həkim və bir neçə əsgərimiz Ağbulaq tərəfdə minaya düşüblər.Komandir də bir neçə əsgərlə onları xilas etməyə getdi.Məqamında bildirimki Allahverdi Bağırov özü də məhz 1992-ci ilin 12 iyununda elə həmin yerdə , Naxçivanik tərəfdə maşınıyla keçərkən sürücüsü ilə birlikdə minaya düşmüşdür.Allahverdinin ölümündən sonra batalyonun başına Cəfərov Nadir təyin olunur.Şahbaz yeni komandirin müavini olaraq işini davam etdirir.Qeyd edimki, Şahbaz hal-hazırda Bərdədə,Nadir isə Goranboyda yaşayır. Belə dostlarımın olduğu üçün şadam. Mən Fuad Rzayev əslən Qarabağlı,Ağdamlı deyiləm.Ama o vaxtlar Qarabağda baş verən hadisələrə əsla biganə qala bilməzdim.Vətən eşqi məni bir vətəndaş kimi cəbhəyə getməyə,bacardığımı etməyə sövq etdi.Və mən üzərimə düşən missiyanı layiqli şəkildə həyata keçirməyə çalışdım.İndiki,kimi yadımdadır əsgərlərimizin, könüllülərimizin silah-sursatı,hərbi texnikası yetərincə deyildi.Bunu yerli əhali də bilirdi.Amma Ağdamlılar deyirdi ki,bizim canından keçən oğullarımız var.Özləri də küt alətlər,balta,bıcaq, kimin nəyi vardısa əlinə alıb könüllülərin yanına gəlib, biz də varıq,biz sizinləyik deyirdilər.Bu çox qürurverici hal idi.Baxın,bu idi Ağdamlıları Ağdamlı edən ən başlıca amil.Birlik,dözüm,sədaqət,iradə,inam,mərdlik,qəhrəmanlıq.Bunlar mənim şahidi olduğum tarixi faktlardır.Bu kimi insani keyfiyyətlərə görə Ağdamlılara olan hörmətim ,sayğım sonsuzdur. Şahbazla , Səyyafla, Şahinlə və digər dostlarla qurulan dostluqlar 30 ildən artıqdır ki,davam edir.

image-fua-1

Ümumiyyətlə Allahverdinin əsgərləri sanki səmada qartal,torpaqda qurd,aslan idilər.Qarabağ torpağının yetişdirdiyi oğullar əsil cəngavər idilər.Mən Fuad Rzayev,Allahverdini Xan Çinar,əsgərlərini isə onun qolları adlandırırdım. Allahverdi həm sadəlik,həm də təvazökarlıq simvolu idi.Yoxluğu ilə hələ də barışa bimədiyim bu qəhrəman tək Qarabağ tarixində deyil,Azərbaycan tarixində də iz qoydu.Adını şanlı tarixə yazdırdı.Onun həm nur siması,həm də şücaəti qəlblərə həkk olundu.Allahverdinin timsalında bütün şəhidlərimiz bugünümüzün qeyrət salnaməsi,qaranlıq keçmişimizdən işıqlı sabahımıza boylanan azadlıq pöhrələri oldular.Şəhidlər qəlbimizdə yüzillik əsarəti,köləlik zəncirini qırıb dağıdan igidlərdir. Elimizin-bamızın,xalqımızın ən qeyrətli oğulları,qürurudurlar.Allahverdi kimi oğullar fəxrimiz,gələcək nəsillərə göstəriləcək örnəyimizin ən bariz nümunəsidir. Allahverdi həyatı boyunca qeyrət,namus üçün yaşadı.O,Qarabağın ən layiqli,şərəfli yolunun təmsilçisi oldu.Allahverdi Bağırov yaşca məndən böyük idi.Hardasa aramızada 15 yaş fərq vardı.Batalyona getdiyim vaxtlarda ona diqqətlə baxırdım.O fenomen bir şəxsiyyət idi.Onunla qürur duyurdum.Allahverdi uşaqla uşaq,böyüklə böyük kimi rəftar edirdi.Heyrətamiz bir şəxsiyyət idi.Uca boylu,cüssəli,geniş alınlı,nur üzlü,ağır və sakit xasiyyətli,bəzən də dik baş olan bu insan həm çox qürurlu,həm də qorxmaz idi.O tək komandir deyildi.O,hər əsgərin,onu tanıyan hər kəsin sanki mənəvi atası,böyük qardaşı,eyni zamanda da qoruyucu qütsiyyət mələyi idi.Bəzən ona baxdıqda bu fikir ağlıma gəliridi.Görəsən o heç dincəlir,yatır?Çünki əsla şahidi olmamışdım.Nə vaxt batalyona gedirdim,ayaq üstə idi.Gah ermənilərlə əsir dəyişdirməyə gedirdi,gah şəhidlərimizi dəfn etdirirdi.Bəzən ağlayan ata-analara ürək-dirək verirdi.Bəzən qəflətən postları yoxlamağa gedirdi.Bəzən də görürdüm ki cavan,yeniyetmə oğlan uşaqlarının əlinə tüfəng verib,ondan istifadə etmə qaydalarını öyrədirdi.O,daima əsgərləri və əhalini ayıq-sayıq olmağa çağırırdı.Əsrarəngiz komandir Ağdamlılarla yanaşı,Qarabağlıların,Xocalıların Fatehi idi.

image-allahverdi

Bəli,axırki 30 illik əsarət bitdi.Qarabağ torpaqları erməni terrorundan,erməni vandalizmindən xilas oldu.İllərdir tökülən şəhid,məzlum qanların intiqamı layiqli şəkildə düşməndən alındı.Qarabağda qazanılan zəfər Azərbayacana Ana südü kimi halaldır.Çünki bu qanlı savaşı,Azərbaycan ordusu,əsgəri canı-qanı bahasına qazandı.Nəhayətki şəhid ruhlarımız dinclik tapdılar.Əminəm ki, bugün Allahverdi Bağırovun da ruhu öz dincliyinə qovuşdu.Buna bütün mənliyimlə inanıram. Fürsətdən istifadə edib Qarabağ camaatına,Ağdamlılara demək istəyirəmki hal – hazırda sizlərdən uzaqda olsam da bütün qəlbimlə,ruhumla yanınızdayam. Allahverdi haqqında xatirələrimi,duyğularımı yazıb sizlərlə paylaşmağı özümə borc bildim.Çünki əbədiyyət üfüqündə doğulan və bir günəşə çevrilən Allahverdi Bağırovun siması gözlərimin önündən keçmir.

Mən Rzayev Fuad Furudun oğlu üçün Vətən mənim tərcümeyi halım,şanlı keçmişim,şərəfim,namusum,bugünüm,sabahım və əbədiyyətimdir.Sizləri,məhz siz Ağdamlıları tanımaq və bugün o keçmiş günlərin xatirələrini sizinlə paylaşmaqdan iftixar hissi keçirirəm.Əminliklə qeyd edimki, nə qədərki, Azərbaycan adlı dövlət,xalq var,əsla Allahverdi kimi oğullar unudulmayacaq.Yerin behişt olsun,cənab Komandir. Məzarında rahat yat.İntiqamın düşmənlərdən layiqli şəkildə alındı.Artıq qanınızla suvarılan Ağdam öz Ağdamlıları ilə qovuşdu.Həsrət bitdi.Ruhun şad olsun,əbədiyyət abidəsi olan böyük qəhrəmanım.İllərdir əzizlərin, övladların,doğmaların,döyüş dostların və bizlər sənin həsrətindən alışıb yanıb təzədən öz küllərimizdən yaranmışıq.Çünki sən elə bir zirvəsənki,elə bir iz qoyub getdin ki, ölümün özü belə o kəlmədən utandı.Sən hər zaman qəlbimizdə yaşayacaqsan.Qeyrət simvolu olan,Ağdam torpağının mərd oğlu,nə xoş ki mən Rzayev Fuad Furudun oğlu səni yaxından tanımışam.

image-fuad

Hörmətlə:Rzayev Fuad Furudun oğlu.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki