image-5backend

Əfqanıstanda 24 nəfər donaraq həyatını itirib

image-reklam_sirab_01

Əfqanıstana yaxan güclü qar nəticəsində çoxsaylı insan həyatını itirib.

Vətəninfo.az xəbər verir ki, şaxta səbəbindən Badgisdə 4-ü uşaq olmaqla 5 nəfər, Herat və Bağlanda küçələrdə yaşayan 9, Xostda 5, Faryabda 2, Cüzcanda 2, Sər-e Polda 1 nəfər donaraq ölüb. Yüzlərlə insan hipotermiya səbəbindən xəstəxanalara müraciət edib. Çox sayda heyvan tələf olub.

Qeyd edək ki, iqtisadi böhran səbəbindən aztəminatlı ailələr yanacaq təmin edə bilmir. Eyni zamanda nəqliyyatda çətinliklər humanitar təşkilatların, ehtiyacı olan ailələrə yardım çatdırmasını çətinləşdirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki