image-399292backend

Əhəd Abıyev 300 kvadratmetr sahəyə malik mənzilini satışa çıxarıb-ÖZƏL

image-reklam_sirab_01

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı, sabiq millət vəkili Əhəd Abıyev Bakı şəhərindəki əmlaklarını satışa çıxarıb.

Vətəninfo.az-a özəl mənbədən daxil olan məlumata görə Əhəd Abıyev əsasən hündürmərtəbəli yaşayış binalarında olan mənzillərini satmağa qərar verib. Nəsimi rayonu ərazində yerləşən “AF Center”-də   yerləşən yaşayış binasındakı mənzilini satışa çıxarıb. Verilən məlumata görə sabiq millət vəkili 300 kvadratmetr sahəyə malik mənzilini 500 min AZN satışa çıxarıb.

Qeyd edək ki, “AF Center”-də yerləşən mənzillərin Bakının ən baha mənzillərindən sayılır. Sabiq millət vəkilinin böyük sahəyə malik mənzilin bazara belə ucuz çıxarması təəccüblüdür.

P.S Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki