image-reklam-veteninfo
image-1backend

Əhməd Davudoğlu siyasətdən getdi, Gələcək Partiyası fəaliyyətini dayandırdı

image-reklam-veteninfo

Türkiyənin keçmiş Baş naziri və Gələcək Partiyasının sədri Əhməd Davudoğlu aktiv siyasətdən çəkildiyini və rəhbərlik etdiyi Gələcək Partiyasının siyasi fəaliyyətinə son qoyduğunu açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, Davudoğlu qərarını açıqlamazdan əvvəl müxtəlif siyasi partiyalardan əməkdaşlıq və üzvlüklə bağlı təkliflər alıb. Lakin o, bu təkliflərin hamısını rədd edib. Bildirilir ki, Davudoğlu bu mərhələdən sonra Prezident Rəcəb Tayyib Ərdoğana qarşı siyasi fəaliyyət göstərmək niyyətində olmadığını da ifadə edib.

Siyasi fəaliyyətini başa vuran keçmiş baş nazirin bundan sonrakı dövrdə daxili siyasətdən kənarda qalacağı bildirilir. Onun uzun illərə söykənən diplomatik və dövlət idarəçiliyi təcrübəsindən istifadə edərək beynəlxalq platformalarda, akademik mühitdə və qlobal strateji araşdırma mərkəzlərində fəaliyyət göstərəcəyi qeyd olunur.

Davudoğlunun qərarından sonra Gələcək Partiyasının Türkiyə Böyük Millət Məclisində təmsil olunan millət vəkillərinin gələcək fəaliyyəti də dəqiqləşib. Yeni Yol Qrupunun sədr müavini Səlçuk Özdağ bildirib ki, partiyanın parlamentdəki dörd deputatı Yeni Yol Qrupu çərçivəsində fəaliyyətini davam etdirəcək.

O, deputatların İYİ Partiyaya və ya hər hansı digər siyasi təşkilata qoşulacağı ilə bağlı yayılan iddiaları təkzib edərək, onların müstəqil deputatlar kimi fəaliyyət göstərəcəklərini vurğulayıb.

Qeyd edək ki, Yeni Yol Qrupu Səadət Partiyası, DEVA Partiyası və Gələcək Partiyasının deputatları tərəfindən yaradılıb və parlamentdə fəaliyyətini davam etdirir. Gələcək Partiyasının kvotası ilə seçilmiş dörd deputat da bu struktur çərçivəsində işini davam etdirəcək.

Müstəqil deputat kimi fəaliyyət göstərəcək şəxslər bunlardır:

Sema Silkin Ün (Dənizli)
Səlçuk Özdağ (Muğla)
Kani Torun (Bursa)
Mustafa Bilici (İzmir)




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki