image-defaultbackend

Əkrəm İmamoğlu məhkəməyə VERİLDİ

image-reklam_sirab_01

Türkiyə hakimiyyət orqanları prezident Rəcəb Tayyib Ərdoğanın potensial rəqibi olan İstanbul meri Əkrəm İmamoğlunu şəhərin Beylikdüzü mahalına rəhbərlik etdiyi zaman açıq hərracda saxtakarlıqda ittiham edərək məhkəməyə verib. Vətəninfo.az  Habertürk TV istinadən xəbər verir ki, bu ittiham yeddi ilə qədər həbs cəzasını nəzərdə tutur. Məhkəmənin baxış iclası iyunun 15-nə təyin edilib.

İş 2015-ci ildə işə qəbul xidmətləri ilə bağlı keçirilən tenderin araşdırılmasından sonra başlanıb.

Ötən ilin dekabrında İmamoğlu 2019-cu ildə hakim AKP-nin namizədini məğlub etdiyi bələdiyyə seçkilərinin birinci turunun ləğvi qərarını tənqid etdiyi üçün dövlət qulluqçularını təhqir etdiyinə görə 2 il 7 ay həbs cəzasına məhkum edilmiş və siyasətdən uzaqlaşdırılmışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki