image-reklam-veteninfo
image-1backend

Əl-Əxbar: “ İran- ABŞ qarşıdurması təhlükəli bir mərhələyə gedir” 

image-reklam-veteninfo

Livanın “Əl-Əxbar” qəzeti yazıb ki, İran və ABŞ arasında qarşıdurma, İslamabadda əldə olunmuş Anlaşma Memorandumunun sürətlə qüvvədən düşməsi fonunda, getdikcə daha təhlükəli mərhələyə daxil olur.

Vətəninfo.az xəbər verir ki, qəzetin təhlilinə görə, bu proses hərbi əməliyyatların miqyasının genişlənməsi, tərəflərin döyüş meydanında verdiyi mesajların intensivləşməsi və İranın dəniz müharibəsinin genişlənməsindən mümkün quru əməliyyatına qədər bütün ssenarilərə hazırlaşması ilə müşayiət olunur.

Nəşr bildirir ki, Tehran siyasi həll yollarını tam bağlamasa da, hərbi planlarını eskalasiyanın davam edəcəyi ehtimalı üzərində qurur.

“Əl-Əxbar” vurğulayır ki, ABŞ hərbi üstünlüyə malik olsa da, qəti hərbi qələbə əldə etmək imkanlarının məhdudluğu münaqişəni uzunmüddətli müharibəyə çevirə bilər.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki