image-fb_img_1618598317344backend

Əli Abdullayev Praqadakı 50 faizlik payını Fərid Ələkbərovun adına keçiribİDDİA

image-reklam_sirab_01

“İki ay əvvəl Rabitə və Yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev onun Çexiyadakı şirkəti ilə bağlı məlumat və sənədləri yayılanda narahat olmuşdu, saytlardan onların silinməsi üçün döymədiyi qapı qalmamışdı.Bu gün isə uzun müddət Bakı Apelyasiya Məhkəməsinin və Suraxanı rayon Məhkəməsinin hakimi olmuş, hazırda külli-miqdarda dələduzluğa görə müttəhimlər kürsüsündə oturan Lətif Nəbiyev Azad İbrahimov adlı şəxsdən aldığı 250 min dollara yaxın pulu nazir müavini Əli Abdullayevə verdiyini açıqlayıb”.

Veteninfo.az xəbər verir ki, bu iddia ilə jurnalist Cavanşir Həsınli çıxış edib.

Jurnalistin sosial şəbəkədə yaydığı məlumatı olduğu kimi təqdim edirik:

Əli Abdullayevlə bağlı rüşvət ittihamı ilə işimiz yoxdur, Lətif Nəbiyevin iddialarına məhkəmə aydınlıq gətirməlidir.
İndi keçək nazirin 1-ci müavininin Çexiyadakı şirkəti ilə bağlı məlumatın ortaya çıxmasından niyə əndişəyə düşməsinə. Elə buradaca diqqətinizə çatdırım ki, bu ilin fevralında məlumat yayılandan dərhal sonra Əli Abdullayev Praqa Bələdiyyə Məhkəməsinə baş vurub. Cənab nazir müavininin etibarnaməsi əsasında onun Praqadakı A.I.M. BOHEMİA S.R.O-dakı 50 faizlik payı martın 31-də Praqada yaşayan Fərid Ələkbərovun adına keçirilib və bütün hüquqlar ona həvalə olunub.
Rəsmi təsis sənədlərində şirkətin daşınmaz əmlak bazarında fəaliyyəti təsnifləşdirilsə də, Çexiyanın tədarükçü şirkətlər kataloqunda (https://aaapoptavka.cz/dodavatel/279917/aim-bohemia-sro) onun ticarət və xidmət sahəsinə vasitəçilik, malların depolanması, paketlənməsi, logistik texniki fəaliyyət və gömrük işləmlərində təmsilçiliklə məşğul olduğu qeyd edilir.
“Evropská databanka”nın (https://www.edb.eu/czech-firm-1355488-a-i-m-bohemia-praha-1/contact) məlumat bazasında isə A.I.M.BOHEMİA şirkətinin dövriyyəsi 50.000.000 – 100.000.000 çex kronu (1,851 milyon – 3,703 milyon avro) arasında qeyd olunur.
Əli Abdullayevin etibarnamə ilə özünə aid hissələri adına keçirdiyi Fərid Ələkbərovun Azərbaycanda Hacı Turqay adı ilə məşhur olan işadamı Turqay Ələkbərovun qardaşı olduğu haqqında məlumatlar var. O, Hacı Turqayın və onun biznes ortağı, məşhur “Sevimli Dad” mağazalar şəbəkəsinin sahibi Murad Məmmədovun da Çexiyadakı şirkətlərini idarə edir. Murad Məmmədovun keçmiş MTN generalı Akif Çovdarovla quda olduğu barədə mətbuatda təsdiq və ya təkzib edilməmiş məlumatlar dolaşıb.

 

Redaksiyadan: yayılan mılumatda iddia esilənlərlə bağlı qarşı tərəfin mövqeini dərc etməyə hazırıq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki