image-indirbackend

“Elxan İbrahimov çox ciddi kadrların ordudan getməsinin səbəbkarıdır”-HƏRBİ JURNALİST

image-reklam_sirab_01

“Bir yandan deyirlər orduda Türkiyə modelinə keçiləcək. Digər yandan baxırsan Türkiyə təhsillilərin başına corab hörənlər irəli çəkilir”.

Veteninfo.az xəbər verir ki,bu fikirləri sosial şəbəkə hesabında hərbi jurnalist Səxavət Məmməd yayımlayıb.

image-1558961219_sexavet-memmed

Jurnalist Medafiə naziri Zakir Həsənovun bacanağı  Elxan İbrahimovla bağlı ciddi ittihamlar səsləndirib. “Elxan İbrahimovun işdən çıxarılması xəbəri yayılmışdı bir müddət əvvəl. Nəcməddin Sadıkovun bacısı oğlu sayılan şəxsin gedişi ilə Zakir Həsənovun bacanağının da vurulması görünüşünü düzəldirdilər.”-deyən Səxavət Məmməd daha sonra vurğulayır ki, elə o vaxt xəbərin yalan olduğunu bilirdim: “General-mayor oldu. Elxan İbrahimov çox ciddi kadrların ordudan getməsinin səbəbkarıdır. Gülhanə məzunları məhz bezərək ordu sıralarını tərk ediblər. Hazırda ölkənin ən adlı həkimləri əvvəllər ordu sıralarında xidmət ediblər. Şübhəsi olan varsa gedib məhkəmə arxivlərini qurdalasın. Türkiyə məzunları olan zabitlər bezərək məhkəmə yolu ilə ordu sıralarından çıxıblar. Hospitalda yaralıların get-gələ salınmasını hələ demirəm. Bu yaxınlarda bir təyinat da olmuşdu. Həmin şəxs Nəcməddin Sadıkovun ən sadiq adamlarından sayılırdı”.
Kadr siyasəti həyata keçirmədən sistem dəyişmək bir anlam daşımayacaq.

image-screenshot_20210411-224003_facebook


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki