image-313250299_5497041903747161_4078120864968790799_nbackend

Ən böyük soyqırımı Fransa törədib – 1.5 milyon insan necə qətlə yetirilib?

image-reklam_sirab_01
“Fransa Əlcəzairdə bir ölkənin əhalisi qədər insanı soyqırıma məruz qoyub – 1,5 milyon günahsız adam. Bu siyahıya Vyetnamı, Çibutini, Tunisi, Kamerunu və Çadı da əlavə etsək, bu Qərbi Avropa dövlətinin hansı qəddarlığa malik olduğunu aydın şəkildə görmək olar.” – Vətəninfo.az xəbər verir ki, bunu jurnalist Azər Niftiyev deyib.
Jurnalist bildirib ki, Fransa parlamentində yaşanan son olay isə fransız rasizminin “parlaq örnəyi”dir.
“Bir qaradəriliyə “Afrikaya qayit” deyəcək təfəkkürdən o yana keçməyən, özünü “demokratiyanın beşiyi” elan edən bu qədim Avropa dövləti Azərbaycanı və Türkiyəni hədəfə alıb. Fransa Senatı Azərbaycana qarşı sanksiyalar məsələsini müzakirəyə çıxarır. 30 illik işğal dövründə Ermənistanın insanlıq əleyhinə bəşəri cinayətlərinə göz yuman, işğalçılıq faktına dəstək verən, ermənilərin hamisi rolunda çıxış edən Fransa 44 günlük vətən müharibəsində qazanılan tarixi Zəfəri həzm etmir. Azərbaycana məsləhətlər verib uca bəyanatlar səsləndirməkdənsə, yaxşı olar ki, rassizm siyasətinə son qoyun! Və əmin olun ki, rasizmi həyat tərzinə çevirən bir ölkənin qəbul edəcəyi qətnamə adi kağız parçasından başqa bir şey olmayacaq…”- deyə Azər Niftiyev qeyd edib.
image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki