Vətəninfo.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçı “X” hesabında bildirib ki, İrana qarşı təhdidlər davam edərsə, ABŞ ilə yekun saziş üzrə danışıqlara başlanılmayacaq.
“Milyonlarla qürurlu iranlı Ayətullah Xameneyi və onun irsini yad etmək üçün bir araya gəldi. Nə onlar, nə də cəsur Silahlı Qüvvələrimiz heç bir təhdiddən təsirlənmirlər”, – deyə, Əraqçı yazıb.
Əraqçı əlavə edib ki, ABŞ ilə Anlaşma Memorandumunun 13-cü bəndinə əsasən, təhdidlər davam edəcəyi təqdirdə yekun saziş üzrə danışıqlar başlamayacaq və qarşı tərəfi “imzasına hörmət etməyə” çağırıb.


























