Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailə planlaşdırdığı səfərini ləğv etdiyini açıqlayıb və “Həmas”ın terror təşkilatı deyil, mücahid qruplaşması olduğunu bildirib.
Vətəninfo.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan oktyabrın 25-də hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) parlament fraksiyasının toplantısında çıxışı zamanı Qəzza zolağındakı vəziyyətə toxunub.
Ərdoğan İsrailin bölgəyə hücumları ilə bağlı deyib:
“Bizim İsrail dövləti ilə heç bir problemimiz yoxdur, lakin İsrailin törətdiyi vəhşilikləri dövlət deyil, bir təşkilat kimi fəaliyyət tərzini heç vaxt bəyənməmişik və bəyənməyəcəyik”.
İsrailin hücumlarında ölənlərin az qala yarısının uşaq olduğunu deyən Ərdoğan bu vəziyyətin belə məqsədinin qəsdən insanlığa qarşı cinayət törətmək olduğunu göstərdiyini ifadə edib..
Bütün Qərbin “Həmas”ı terror təşkilatı kimi gördüyünü deyən dövlət başçısı İsrailə və dünyaya müraciət edib:
“Ey İsrail, bir təşkilat ola bilərsən. Bu Qərbin sənə çox borcu var. Amma Türkiyenin sənə heç bir borcu yoxdur. “Həmas” terror təşkilatı deyil, öz torpaqlarını və vətəndaşlarını qorumaq üçün mübarizə aparan azadlıq, mücahid qruplaşmasıdır”.
Ərdoğan İsrailə getmək planının olduğunu, lakin onu ləğv etdiyini də bildirib:
“Biz Türk Milləti olaraq yer üzündə tarix boyu irqçi olmayan və bunu etməyən olmayan yeganə xalqıq. Bunu ən yaxşı yəhudi icması bilir. Bu gün qətlə yetirdiyi uşaqları və günahsızları dəstəkləmək üçün onun İsrailin arxasında növbədə gözləyənlərin heç biri sinəsini gərərək belə bir açıqlama verə bilməz. Biz ölkə və millət olaraq həqiqəti hayqırmağa davam edəcəyik və buna nail olmaq üçün bütün siyasi, diplomatik və lazım gələrsə hərbi vasitələrdən istifadə edəcəyik”.


























