Tramp Beştəpədən dünyaya səsləndi – “Ərdoğan fantastik liderdir, ona görə sammitə qatıldım”
“Cənab Prezident olmasaydı, bu sammitə qatılmazdım”.
Vətəninfo.az xəbər verir ki, bunu NATO-nun Ankara keçirilən sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşən ABŞ Prezidenti Donald Tramp deyib.
ABŞ lideri Türkiyənin hərbi gücünə və Ərdoğanın liderliyinə təriflər yağdırıb. Tramp Türkiyənin müttəfiqlikdəki əsas rolunu və ikitərəfli dostluğu vurğulayıb.
36-cı NATO Liderlər Sammiti və rəsmi səfər çərçivəsində Ankarada olan ABŞ Prezidenti Donald Tramp rəsmi qarşılanma mərasimindən sonra Prezident Ərdoğanla açıqlamalar verib.
Tramp Türkiyə ilə ABŞ arasındakı münasibətlərin “tərifəlayiq” olduğunu bildirib.
Ərdoğanla olan dostluğundan bəhs edən Tramp, qarşılanmadan duyduğu məmnuniyyəti bu sözlərlə dilə gətirib:
“Çox təşəkkür edirəm. Hamının bildiyi və yazıldığı kimi, biz çox yaxşı dostuq. Cənab Prezident çox yaxşı iş görür. Aeroportda bizi qarşıladı. Hətta mənim adımı daşıyan bir bina da var; bu, çox gözəl bir şeydir. Bura gələrkən gördük. O, fantastik bir liderdir, bütün dünyada hörmət edilən bir liderdir. Əvvəldən bəri “kimyamız” çox yaxşı tutdu, olduqca yaxşı münasibətlərimiz var”.
“Cənab Prezidentin rəhbərliyi altında Türkiyə hərbi mənada çox qüvvətli bir ölkə halına gəldi. İnsanlar Türkiyənin nə qədər güclü olduğunu bilir; avadanlıqları, əsgərləri fantastikdir. Və gözəl tərəfi budur ki, Türkiyə ilə münasibətlərimiz həqiqətən tərifəlayiqdir və münasibətlərimiz indiyədək həmişə yaxşı gedib. Cənab Prezidentə çox böyük hörmətim var. Bu, hər iki ölkənin xeyrinə olacaq”, – Türkiyənin müdafiə sənayesi və hərbi potensialını yüksək qiymətləndirən Tramp deyib.
Görüşün gündəliyi haqqında da məlumat verən Tramp bildirib:
“Bu gün ticarətdən, hərbi sahədən və digər bir çox mövzudan, bəlkə İran məsələsindən də danışacağıq. İranın ordusunu tamamilə istifadəsiz hala gətirdik, nüvə silahları olmayacaq. Türkiyə ilə çox gözəl ticarət edirik; biz gözəl işlər görürük, onlar gözəl işlər görür və bunları qarşılıqlı ticarət edirik. Yalnız bunu söyləmək istəyirəm: sizinlə olmaq böyük bir şərəfdir. Çox gözəl görüşlər, çox gözəl axşam yeməkləri… Çox gözəl işlər görmüşük, görürük və görəcəyik də. Təşəkkür edirəm, Cənab Prezident”.


























