Fevralın 19-da Türkiyə Respublikası Prezidentinin Sarayında – Külliyedə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilir.

Vətəninfo.az  xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***09:37

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə fevralın 18-də Türkiyəyə rəsmi səfər edib. 

Ölkə lideri növbədənkənar prezident seçkilərindən sonra ilk rəsmi səfərini Türkiyəyə edib.

Məlumata görə, Ərdoğan İlham Əliyevi Beştəpə sarayında rəsmi mərasimlə qarşılayacaq. Təkbətək və nümayəndə heyətləri arası görüşlərdə iki ölkə arasındakı əlaqələr və regional məsələlər müzakirə olunacaq. Daha sonra liderlər birgə mətbuat konfransı keçirəcəklər.

Qeyd edək ki, Azərbaycan və Türkiyə prezidentləri sonuncu dəfə noyabrda görüşüblər.