Fransa və İtaliya da daxil olmaqla, Avropa ölkələri mövcud acınacaqlı vəziyyətləri nəzərə alaraq iflasla üzləşirlər.
Vətəninfo.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp açıqlama verib.
Tramp Fox News telekanalına verdiyi telefon müsahibəsində bildirib ki, “Avropaya baxın: o, ölür. Fransada, İtaliyada və bütün bu digər ölkələrdə baş verənlərə baxın. Açığı, onlar çox pis vəziyyətdədirlər, hətta sağ qala bilməyəcəklər. Biz isə inkişaf edirik və bunu belə saxlamaq istəyirik”.
Payız boyunca Avropada etirazlar davam edir. Etirazlar sentyabrın ortalarında Fransada, orta məktəb şagirdlərinin daha yaxşı məktəb şəraiti tələb etmək üçün Paris ətrafındakı küçələrə çıxması ilə başladı. Daha sonra ölkədə qiymətlərin artmasından narazı olan vətəndaşlar da onlara qoşuldu və etirazlar digər bölgələrə və ölkələrə yayıldı.


























