image-56c418e4b0b2dbackend

Ərdoğan: “NATO-ya müraciət baxımından bizdən dəstək gözləməsinlər”

image-reklam_sirab_01

“Türkiyə Cümhuriyyətinin və ya müsəlmanların dini inanclarına hörmət etməsəniz, NATO ilə bağlı bizdən heç bir dəstək gözləməməlisiniz”.

Vətəninfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada keçirilən Nazirlər Kabinetinin iclasından mətbuata verdiyi açıqlamada deyib.

Dövlət başçısı Ərdoğan İsveçin paytaxtı Stokholmdakı Türkiye səfirliyi qarşısında Danimarkanın ifrat sağçı Sərt Xətt Partiyasının lideri Rasmus Paludanın Qurani-Kərimi yandırmasına icazə verilməsinə sərt reaksiya göstərib.

“Türkiyə Cümhuriyyətinin və ya müsəlmanların dini inanclarına hörmət etməsəniz, NATO ilə bağlı bizdən heç bir dəstək görə bilməzsiniz” Ərdoğan deyib.

“İsveçdəki çirkin hərəkət müsəlmanlara qarşı təhqirdir. Müsəlmanların və ya digər dinlərin müqəddəslərini incitməyə heç kəsin haqqı yoxdur. NATO-ya müraciət baxımından bizdən yaxşılıq gözləməsinlər. Küçələrdə terrorçuları gəzdirəcəksiniz, o zaman bizdən dəstək gözləyəcəksiniz? NATO ilə bağlı bizdən heç bir dəstək gözləməyin”, – Ərdoğan deyib.

Xatırladaq ki, Danimarkanın ifrat sağçı Sərt Xətt Partiyasının lideri Rasmus Paludan şənbə günü Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Qurani-Kərimi yandırıb və izdihamlı polisin himayəsi altında keçirilən etiraz aksiyasında heç kimin Paludana yaxınlaşmasına icazə verilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki