image-1669447141_photo_2022-11-26_11-15-37backend

Ərdoğan özünü körpüdən atmaq istəyən şəxsi belə razı saldı – VİDEO  

image-reklam_sirab_01

Türkiyənin İstanbul şəhərində intihara cəhd edən şəxsi ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan fikrindən daşındırıb.

Ərdoğan İstanbulda “15 İyul – Şəhidlər Körpüsü”ndən keçərkən maraqlı hadisə ilə qarşılaşıb.

Murat Duran adlı şəxs “15 İyul – Şəhidlər Körpüsü”nə çıxaraq özünü atmaq istəyib. Həmin vaxt ərazidən keçən Ərdoğan hadisəni görərək, vətəndaşa yaxınlaşıb.

Dövlət başçısı avtomobil karvanını saxlayaraq vətəndaşa yaxınlaşıb və onunla söhbət edərək fikrindən daşındırıb. Prezident intihar cəhdinin qarşısını aldıqdan sonra Duranı evinə qayıtmağa razı salıb.

Həmin görüntüləri təqdim edirik:


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki