image-timthumbbackend

Ərdoğan seçkilərin keçirilməsi ilə bağlı fərman imzalayacaq

image-reklam_sirab_01

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 14-də keçiriləcək prezident və parlament seçkilərini martın 10-u və ya 11-də rəsmən elan edəcəyi gözlənilir.

Vətəninfo.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

O qeyd edir ki, həm Ərdoğan, həm də prezidentlə seçkiqabağı ittifaqda olan Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı seçkilərin mayın 14-də keçirilməsinin zəruriliyi ilə bağlı həmfikirdirlər. Ölkədə baş verən dağıdıcı zəlzələlərə baxmayaraq, bu tarix hələ də gündəmdədir.

Qəzet iddia edir ki, Ərdoğan heç bir fors-major hal olmadığı halda seçki gününü mayın 14-də elan etmək, yəni müvafiq fərmanı imzalamaq niyyətindədir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki