Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan Çankaya Köşkündə bəzi özəl televiziya kanallarının ortaq canlı yayımında jurnalistlərin suallarını cavablandırıb.
Vətəninfo.az xəbər verir ki, Ərdoğan fevralın 6-da episentri Kahramanmaraş olan zəlzələlərdən sonra bölgədə yenidənqurma prosesinin başladığına diqqət çəkib.
“Xalqımız bilsin ki, 20 ildə 1 milyon 180 min təhlükəsiz ev tikən, 3,3 milyon tikintinin möhkəmləşdirilməsi layihəsini həyata keçirən kadrlar iş başındadır. Zəlzələ bölgəsində yeni evlərin təməlini qoymuşuq və bunu davam etdiririk”, – deyə prezident bildirib.
Ərdoğan zəlzələdən zərərçəkən Adıyaman, Kahramanmaraş, Qaziantep, Hatay və Malatyada ümumilikdə 27 min 949 evin tikintisinə faktiki olaraq başlanıldığına, bəzi kənd evlərinin hazırda tamamlanma mərhələsində olduğunu, yay mövsümünə kimi sahiblərinə təhvil veriləcəyini sözlərinə əlavə edib.