Siz səfirsiniz. Müraciət edəcəyiniz şəxs prezident olmalıdır.
Vətəninfo.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan ABŞ-ın Ankaradakı səfiri Ceff Fleykin Cumhuriyet Halk Partisi (CHP) sədri Kemal Kılıçdaroğlu ilə görüşməsinə sərt reaksiya verib:
“Bu seçkilərdə Amerikaya dərs verməliyik. Co Bayden orada danışır. Onun səfiri burada nə iş görür? Kamalı ziyarət edir. Ayıbdır. Bir az başınızı işlədin. Siz səfirsiniz. Müraciət edəcəyiniz şəxs prezident olmalıdır”.