image-download-1backend

Ərdoğandan Rusiyaya sərt təpki: “Biz icazə ilə işləmirik”

image-reklam_sirab_01

Türk ordusunun  Suriya və İraqın şimalına həyata keçirdiyi hava əməliyyatı Rusiyanı narahat edib. Vətəninfo.az xəbər verir ki, Ankaranın onlara hava zərbəsi barədə əvvəlcədən məlumat vermədiyini deyən Rusiya lideri Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev Türkiyəni Suriyada “həddindən artıq hərbi güc” tətbiq etməkdən çəkinməyə və təmkinli olmağa çağırıb.

Prezident Rəcəb Tayyib Ərdoğan Qətər səfərindən qayıdarkən mətbuata açıqlama verərək, “Hörmətli Bayden və ya Putinlə bu əməliyyatla bağlı heç bir danışıqlarımız olmayıb. Əslində, bu işdə olduğu kimi, həmişə deyirik ki, biz  istənilən gecə birdən gələ bilərik.Biz icazə ilə işləmirik.Əgər bir addım atacaq olsaq, qərarını verib bu addımı da atacağıq.”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki