image-erdogan-696x434backend

Ərdoğandan seçki həmləsi: elektrik və qazın qiyməti azaldılır, təqaüdlər artılır

image-reklam_sirab_01

“Aprel ayından etibarən ölkə ərazisində elektrik enerjisinin qiyməti 15 faiz ucuzlaşdırılacaq”.

Vətəninfo.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan lideri olduğu Ədalət və İnkişaf Partiyasının qrup toplantısında söyləyib.

Türkiyə Prezidenti çıxışının davamında təbii qazın qiymətlərində də endirim olacağını bəyan edib:

“Biz sənayedə təbii qaz qiymətlərini də 20 faiz ucuzlaşdıracağıq”

Türkiyə Prezidenti hökumətin təqaüdçüləri də sevindicəyini bəyan edib.

“Təqaüdçülərimizə bayramlarda verilən mükafat pulunun miqdarını isə 2 min lirəyə qədər (177 manat) qaldıracağıq” – deyə R.T.Ərdoğan bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki