image-image_750x_6363b8163e60cbackend

Ərəblər dünyaya hakim olmaq istəyir: ABŞ Səudiyyə Ərəbistanını cəzalandıracaqmı?

image-reklam_sirab_01

Amerikanın dövri nəşri The Wall Street Journal yazır ki, bu ilin sentyabrında Birləşmiş Ərəb Əmirlikləri Səudiyyə Ərəbistanını neft hasilatını azaltmamağa inandırmağa çalışıb. Nəşrdə qeyd olunur ki, Əbu-Dabi vəliəhd şahzadə Məhəmməd bin Salman əl-Səudu OPEC+ sazişi çərçivəsində neft hasilatını azaltmamağa inandırmaq üçün öz nümayəndəsini Ər-Riyada göndərib. Vətəninfo.az xəbər verir ki, Əmirliklər ABŞ-ın bu addıma mənfi reaksiya verəcəyindən və neft istehsalçılarını Rusiyanın müttəfiqi hesab edəcəyindən qorxurdular.

Məlum olduğu kimi, lakin hər şey Səudiyyə tərəfinin istədiyi kimi baş verdi və iş o yerə çatıb ki, hətta ABŞ-da Konqres səviyyəsində Səudiyyə Ərəbistanı ilə münasibətləri kəsmək və ya bu ölkəyə qarşı sanksiyalar tətbiq etmək çağırışları səslənib. Hələlik görünən odur ki, heç bir iş görülmür, amma bütün bunlar o dərəcədə maraqlıdır ki, yeni formalaşan “çoxqütblü dünyada” əslində yeni güc qütbü formalaşır. Yəni ərəb dünyası özünü güc qütbü kimi formalaşdırmağa çalışır, bu da təbiidir, çünki bu super zəngin ölkələr üçün bəlkə də daima ABŞ-ın dabanı altında qalmaq o qədər də xoş olmamalı idi.  Təbii ki, bu proses bir gündə yekunlaşmayacaq, amma onun başlanması faktı aydındır.

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki