image-52cfd33cc626206e3d10f20916e3bd8cbackend

Erməni deputat: “Ermənistan birbaşa İttifaq dövlətinə qoşulmağa məcbur edilmir”

image-reklam_sirab_01

“Ermənistan birbaşa İttifaq dövlətinə qoşulmağa məcbur edilməyib, lakin bu cür istək və məqsədlər göz qabağındadır”.

Vətəninfo.az erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın İctimai Televiziyasına müsahibəsində hakim partiyanın deputatı, parlamentin müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri Andranik Köçəryan deyib.

Onun sözlərinə görə, Rusiya, Ermənistan və Belarusun birliyi proqramı hələ 90-cı illərdə mövcud olub. Bu məqsədlə koordinasiya qrupu yaradılıb, imzalar toplanıb.

“Belə bir ideya bizim günlərimizə də gəlib çatıb və indi Belarusla birlik dövləti yaratmaq yolunda olan Rusiya mümkün qədər çox ölkəni bu ittifaqa cəlb etmək istəyir”,-deyə o söyləyib.

“Ermənistana təzyiq varmı?” sualına Köçəryan burada hər hansı bir məcburiyyətdən söhbət getmədiyini bildirib.

“Amma deyə bilərəm ki, belə istəklər, məqsədlər nəzərə çarpır. Başqa bir məsələ ölkənin sabitliyi və təhlükəsizliyi ilə bağlıdır”, – deyə komissiya rəhbəri vurğulayıb.

Köçəryan 20 günə yaxındır ki, Laçın dəhlizinin Azərbaycan tərəfindən bağlanmasını qəribə hesab edib. Erməni siyasətçiyə görə, Rusiya sülhməramlıları bu problemi həll etməyə borcludurlar.Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki