image-321565851_1088153358529585_1824827165327947425_nbackend

Erməni ekspert: “Ermənistanın ən yaxın dostu İrandır”

image-reklam_sirab_01

Ermənistanın ən yaxın dostu İrandır. Vətəninfo.az xəbər verir ki, bunu erməni ekspert Janna Vardanyan idbildirib.

Janna Vardanyan bildirib ki, aparılan sorğular göstərir ki, Tehran Qafqazda beynəlxalq sərhədlərin “qorunmasını” özünün qırmızı xətti elan etdikdən sonra İranın dost ölkə kimi Ermənistan vətəndaşları arasında nüfuzu artıb.

Tehran Qafqaz Araşdırmaları Fondunda iranlı ekspertlərin iştirakı ilə keçirilən toplantıda o, Tehran-İrəvan siyasi münasibətlərini “yüksək” dəyərləndirib: “İki ölkə arasında iqtisadi və ticarət əlaqələri hələ də böyük inkişaf potensialına malikdir və siyasi münasibətlərə uyğun olaraq genişlənməyib”.

O, deyib: “Ötən il İran-Ermənistan ticarətinin həcmi 500 milyon dollara çatıb. Bu il iki ölkə arasında ticarət əlaqələri ilk 10 ayda 500 milyon dolları keçib və ilin sonunadək 700 milyon dollara çata bilər. Bununla belə, iki ölkə arasında ticarət balanslı deyil və o, İranın Ermənistana ixracının xeyrinə dəyişir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki