image-56backend

Erməni general-leytenant:”Müharibə olacaq və Ermənistan tamamilə məhv olacaq”

image-reklam_sirab_01

“Azərbaycan formalaşmış və mükəmməl orduya sahibdir.  Ermənistan nə qədər zəifdirsə, Azərbaycanın onu bitirmək üçün bir o qədər imkanları çoxdur. ” –Vətəninfo.az xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi, general-leytenant Norat Ter-Qriqoryants erməni mediasına  müsahibəsində deyib .

O, yeni müharibənin nə zaman başlaya biləcəyini deməkdə çətinlik çəkib.

Ter-Qriqoryants bildirib ki, Paşinyan Ermənistan Silahlı Qüvvələrinin döyüş hazırlığını və döyüş qabiliyyətini məhv edib, onu bərpa etməyə çağırıb.

“Əks halda müharibə olacaq və Ermənistan tamamilə məhv olacaq”.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti 44 günlük müharibədən əvvəl ordunu məhv edib, sonra isə könüllülər axtarmağa başlayıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki